3 aya Qarabağ və Şərqi Zəngəzura 1 milyarda yaxın pul qoyulub

3 aya Qarabağ və Şərqi Zəngəzura 1 milyarda yaxın pul qoyulub
18 Apr 2025 18:40

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812.3 milyon manat vəsait yönəldib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33.5% azdır.

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20.3%-i istifadə olunub. Bu isə bir il əvvələ nisbətən 11.6 faiz bəndi azdır.


Sizin reklam burada
Sizin reklam burada