Paytaxtın 550 əsas küçə, prospekt və məhəllədaxili yollarında iməcilik keçirilib

Paytaxtın 550 əsas küçə, prospekt və məhəllədaxili yollarında iməcilik keçirilib
19 Apr 2025 19:22

Bu gün, aprelin 19-da Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada