Ramzan Kadırovun oğlu Qroznıda qəzaya düşüb

Ramzan Kadırovun oğlu Qroznıda qəzaya düşüb
16 Yan 2026 23:20

Çeçenistan rəhbərinin oğlu Adam Kadırov yol-nəqliyyat hadisəsindən sonra Qroznıda xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə "Kavkaz.Realii" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kadırovun yerləşdirildiyi xəstəxanaya gedən yollar bağlanıb.

Qeyd olunur ki, Adam Kadırovun korteji yüksək sürətlə, avtomobillər ard-arda hərəkət edərkən qəfil maneə ilə üzləşib.

Nəticədə avtomobillər bir-birinə çırpılıb. Xəsarət alanların digər şəxslərin də olduğu vurğulanır.


Sizin reklam burada
Sizin reklam burada