ABŞ-də vəziyyət gərgin olaraq qalır. ABC telekanalının yaydığı məlumata görə, hazırda Los-Ancelesdəki ABŞ hərbçilərinin sayı İraq və Suriyadakı hərbçilərin sayından çoxdur.
"Hazırda Amerika şəhərində 4800 Milli Qvardiya və Dəniz Piyadası, İraqda 2500, Suriyada isə 1500 ABŞ əsgəri var", - nəşr yazıb.
İyunun 6-da Paramountda (Los-Ancelesin ətrafı) miqrantlara qarşı reydlər səbəbindən küçə iğtişaşları başlayıb. Etirazçılar “ICE, Los Angelesdən çıx!” şüarları səsləndirib, yolları bağlayıb, Meksika bayraqları ilə küçələrə çıxıblar.
ABŞ prezidenti Donald Tramp 1965-ci ildən bəri ilk dəfə yerli hakimiyyət orqanlarının tələbi olmadan şəhərə 2000 Milli Qvardiya əsgərinin yerləşdirilməsinə dair göstəriş verib. Kaliforniya rəhbərləri isə prezidentin bu qərarını pisləyiblər. Demokratları təmsil edən qubernator Qevin Nyusom Pentaqonun rəhbərinə məktub göndərərək, "ciddi eskalasiya" riski barədə xəbərdarlıq edib. O, hərbçilərin yerləşdirilməsi prosesini ləğv etməyi xahiş edib. Daha sonra qubernator Trampı məhkəməyə verəcəyini, onun “oda yağ tökdüyünü” və hərəkətlərinin konstitusiyaya zidd olduğunu bildirib.
Tural