ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar ətrafında yenidən gərginlik müşahidə olunur. Beynəlxalq medianın yaydığı məlumatlara görə, növbəti mərhələdə danışıqların reallaşmayacağı ehtimal olunur. ABŞ tərəfi İranın uranı zənginləşdirməsinə heç bir halda icazə verilməyəcəyini açıq şəkildə bəyan edib.
Mövzu ilə bağlı politoloq Anar Həsənov News365.az-a öz fikirlərini bildirib.
"ABŞ-ın danışıqlarla bağlı mövqeyindəki dəyişkənlik Tehranı narahat edən əsas məqamlardan biridir. Belə bir fikir formalaşır ki, Vaşinqtonun siyasəti davamlı deyil və tez-tez dəyişir, bu isə tərəflər arasında inamsızlıq yaradır.
"Tramp administrasiyasının İranla bağlı sərt ritorikasından fərqli olaraq, hazırkı administrasiya birbaşa hərbi qarşıdurma tərəfdarı deyil. Lakin bu mövqenin də tam aydın olmadığı bildirilir.
“Vaxtilə başına 10 milyon dollar mükafat qoyulmuş Suriya prezidenti ilə ABŞ görüşürsə, bu, Vaşinqtonun Yaxın Şərq siyasətində prioritetlərinin dəyişməsindən xəbər verir. ABŞ əvvəllər terrorçu hesab etdiyi şəxslərlə indi legitim siyasi fiqur kimi münasibət qurur,” – deyə ekspertlər bildirir.
Poliyoloqun fikrincə, ABŞ Suriyada problemi hərbi yolla deyil, legitim hakimiyyətlə əlaqələri bərpa etməklə həll etməyə çalışır. Həmçinin Vaşinqtonun Yaxın Şərqdə – xüsusilə Səudiyyə Ərəbistanı və Qətər qarşısında – maraqlar balansına önəm verdiyi vurğulanır.
Hazırda ABŞ administrasiyası İranla nüvə məsələsində qarşıdurmadan çox, diplomatik yolla irəliləməyə çalışır. Lakin tərəflər arasında etimadsızlıq və qarşılıqlı ittihamlar prosesin gələcəyi ilə bağlı suallar doğurur.
A. Həsənov bildirirlər ki, İran məsələsi ilə yanaşı, Ukrayna müharibəsi və Yaxın Şərqdəki digər böhranlar ABŞ xarici siyasətinin gündəmində prioritet mövzulardan biri olaraq qalır.