ABŞ-ın İrana qarşı addımları regionda balansı sarsıda bilər

ABŞ-ın İrana qarşı addımları regionda balansı sarsıda bilər
12:30

Son günlər ABŞ-ın İrana qarşı açıqlamaları və regiondakı hərbi fəaliyyətləri diqqət mərkəzindədir. 

Hərbi ekspert Ədalət Verdiyev News365.az-a verdiyi açıqlamada ABŞ-ın İrana qarşı son bəyanatlarını və regiondakı hərbi vəziyyəti şərh edib.


O bildirib ki, ABŞ-ın verdiyi bəyanatlar faktiki olaraq ciddi xarakter daşıyır və ərazidə baş verən proseslərlə bir-birini tamamlayır.

Ekspert qeyd edib ki, əvvəlki 12 günlük müharibədən fərqli olaraq, ABŞ və ya İsrailin potensial zərbələrinə qarşı İran səssiz qalmır və regional balans nəzərə alınmalıdır. Verdiyev vurğulayıb ki, ABŞ-ın regionda kifayət qədər güclü hərbi qruplaşması mövcuddur, o cümlədən aviadaşıyıcı zərbə qruplaşmaları, PETROF sistemləri və ən son model PATRIOT raketləri.

“Hazırkı vəziyyətdə ABŞ, Venesuela və Tayvan ətrafında yaranmış problemlərə görə hava hücumundan müdafiə sistemlərinin bir hissəsini Karib dənizinə və Cənubi Koreyaya yönəldib. Bu isə regionda mövcud qüvvələrin tam qorunmasını çətinləşdirə bilər,” – deyə ekspert əlavə edib.

Ədalət Verdiyev bildirib ki, ABŞ-ın Bəhreyn, Suriya, Oman və Yəməndə yerləşən qüvvələrini qorumaq üçün əlindəki hava hücumundan müdafiə sistemləri kifayət etməyə bilər və bu, potensial gərginlikləri artırır.


Sizin reklam burada
Sizin reklam burada