ABŞ-ın dəstəklədiyi general əməliyyatlara başladı: Talibanı nə gözləyir?

ABŞ-ın dəstəklədiyi general əməliyyatlara başladı: Talibanı nə gözləyir?
10:10

ABŞ və NATO tərəfindən dəstəklənən keçmiş əfqan komandir, general Sami Sadatın rəhbərlik etdiyi “Birləşmiş Əfqanıstan Cəbhəsi” Taliban rejiminə karşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

News365.az xəbər verir ki, general Sadat hərbi qruplaşmanın əsas məqsədinin Əfqanıstanı azad etmək və hakimiyyəti yenidən xalqa qaytarmaq olduğunu bəyan edib. O, birbaşa Taliban rəhbərliyini və üzvlərini hədəf alacaqlarını, eyni zamanda beynəlxalq hərb qanunlarına tam sadiq qalacaqlarını bildirib.

Sami Sadat 2021-ci ildə Talibanın hakimiyyətə qayıtmasından əvvəl Əfqanıstan Milli Ordusunun ən nüfuzlu generallarından biri olub:

  • Sürətli yüksəliş: ABŞ və NATO tərəfindən xüsusi təlimlər keçən Sadat qısa müddətdə orduda mühüm postlara yiyələnib.

  • Helmand döyüşləri: Talibanın sürətli irəliləyişi zamanı Helmand vilayətində hökumət qüvvələrinə rəhbərlik edib, daha sonra isə ordunun ən böyük birləşmələrindən olan 215-ci “Maiwand” korpusunun komandiri təyin olunub.

  • Mühacirət və mübarizə: 2021-ci ilin avqustunda Kabulun süqutundan sonra ölkəni tərk etsə də, Taliban hakimiyyətini heç vaxt legitim tanıymayıb və mübarizəni xaricdən davam etdirib.


Mövzunu News365.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, hazırda Sadat Taliban üçün təəkbaşına böyük təhlükə sayılmaya bilər. Çünki ölkədəki Taliban əleyhinə qüvvələr dağınıqdır və onların real hərbi imkanları məhduddur.

Lakin politoloq Sadatı digər müxalif fiqurlardan fərqləndirən əsas məqamları diqqətə çatdırıb:

"Sami Sadatın ən böyük üstünlüyü ABŞ və NATO hərbi sistemindən çıxmış bir general olmasıdır. Onun Vaşinqtonla əlaqələri çox güclüdür və bu münasibətlər gələcəkdə yeni və ciddi hərbi dəstək mexanizminə çevrilə bilər."

Turan Rzayev vurğulayıb ki, son vaxtlar Talibanın ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda Vaşinqton və Təl-Əvivin əleyhinə mövqe tutması, hətta Tehrana dəstək verə biləcəyini bəyan etməsi prosesləri sürətləndirib:

  • Təcrübə göstərir ki, ABŞ öz maraqlarına zidd addımlar atan qüvvələrə qarşı uzun müddət cavabsız qalmır. Bu baxımdan Sami Sadat kimi fiqurların məhz indi ön plana çıxarılması təsadüfi deyil.

  • Təşkilatlanma üstünlüyü: NATO standartlarına bələd olan bir komandir kimi Sadat, dağınıq müxalif qüvvələri vahid komandanlıq altında birləşdirə bilsə və xarici hərbi-maliyyə dəstəyi alarsa, Taliban rejimi üçün ciddi təhlükəyə çevrilə, hətta onu devirə bilər.


Sizin reklam burada
Sizin reklam burada