ABŞ-nin Arizona ştatının Feniks şəhəri yaxınlığındakı dağlarda şəxsi helikopter qəzaya uğrayıb.
News365.az ABC News-a istinadən xəbər verir ki, helikopterdə dörd nəfər olub, onların vəziyyəti hələlik məlum deyil. Təcili yardım xidmətləri qəza yerinə çatmağa çalışır.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırmalara başlayıb.