ABŞ-də iki helikopter havada toqquşub

ABŞ-də iki helikopter havada toqquşub
28 Dek 2025 23:53

ABŞ-də Nyu-Cersi ştatının Hammonton şəhərində iki helikopterin havada toqquşması nəticəsində ən azı bir nəfər ölüb.

News365.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.


Qeyd olunub ki, pilotlardan başqa təyyarədə heç kim olmayıb, onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Federal Aviasiya Administrasiyası "Enstrom F-28A" və "Enstrom 280C" helikopterlərinin Hammonton hava limanı üzərində toqquşduğunu bildirib. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.


Sizin reklam burada
Sizin reklam burada