ABŞ-dakı daşqınlarda 16 ölü - VIDEO

ABŞ-dakı daşqınlarda 16 ölü - VIDEO
06 Apr 2025 09:28

ABŞ-ın mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olub, azı 16 nəfər həlak olub.

Bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.
 

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.


Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada