ABŞ-da Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri israilli həmkarları ilə İranla bağlı müzakirə ediblər

ABŞ-da Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri israilli həmkarları ilə İranla bağlı müzakirə ediblər
17:38

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Zamir həftəsonu Vaşinqtona səfər edib.

Bu barədə The Times of Israel məlumat yayıb.

Səfər çərçivəsində o, ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə İranla bağlı təhlükəsizlik məsələlərini müzakirə edib.

Görüşlər Yaxın Şərqdə İran ətrafında artan hərbi-siyasi gərginlik fonunda baş tutub və tərəflər regional təhlükəsizlik, mümkün risklər və koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


Sizin reklam burada
Sizin reklam burada