ABŞ-da atəş açmaqda şübhəli bilinən şəxs Tramp administrasiyasının rəsmilərinə qarşı sui-qəsd hazırladığını etiraf edib.
Bu barədə CBS News telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs hüquq-mühafizə orqanlarına ifadəsində hədəfinin ABŞ Prezidenti Donald Tramp deyil, onun administrasiyasında çalışan rəsmilər olduğunu bildirib.
Hadisə ilə bağlı istintaq davam edir. Rəsmi qurumlar motiv və mümkün əlaqələrlə bağlı araşdırmanı davam etdirirlər.