ABŞ-a təqdim olunan sənəddə İranın 50 hədəfi açıqlanıb

ABŞ-a təqdim olunan sənəddə İranın 50 hədəfi açıqlanıb
12:18

“Nüvə Silahına qarşı İran Birliyi” (United Against Nuclear Iran) təşkilatı 50 hədəfin siyahısını hazırlayaraq yanvarın 13-də təhlükəsizlik iclasından əvvəl Ağ Evə təqdim edib.

News365.az “Daily Mail”ə istinadən xəbər verir ki, sənəddə İranda etirazların zorakı şəkildə yatırılmasının əsas mərkəzi hesab olunan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sərallah” Qərargahının dəqiq koordinatları da yer alıb.

Qeyd olunur ki, bu qərargah faktiki olaraq hərbi komandanlıq mərkəzi rolunu oynayır və ölkədə polis qüvvələrinin əməliyyat nəzarətini birbaşa həyata keçirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada