Polisdən ƏMƏLİYYAT: Saxlanılan var

Polisdən ƏMƏLİYYAT: Saxlanılan var
12 Yan 2025 12:03

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 31 yaşlı Mirilyas Ağayev saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, ondan ümumilikdə 3 kiloqram marixuana və metamfetamin, həmçinin 144 ədəd metadon həbi aşkarlanıb. M.Ağayevin narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada