Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb.
News365.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveytin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya da daxil olmaqla, yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.