95 yaşında 70 il birgə yaşadığı qadınla evləndi

95 yaşında 70 il birgə yaşadığı qadınla evləndi
10 İyn 2025 14:10

Hindistanda maraqlı hadisə baş verib. Cütlük 70 il bir yerdə yaşayandan sonra rəsmən evləniblər. Bu barədə "The Indian Express" yazıb.


"Racastan əyalətinin Dungarpur rayonunda yerləşən Qalandar kəndində 95 yaşlı Rama Bhay Kharari və onun 90 yaşlı yoldaşı Jivali Devi təxminən yetmiş il birlikdə yaşadıqdan sonra nikahlarını rəsmi olaraq qeyd ediblər. Cütlük səkkiz uşaq böyüdüb və bir neçə nəvə nəticələri də var. Bütün bu müddət ərzində onlar Nata ənənəsinə uyğun yaşayıblar. Bu ənənəyə görə kişi və qadın münasibətlərini rəsmi qeydiyyata almadan ailə bağları ilə bir yerdə yaşaya bilərlər. Bu cür cütlüklər yerli mədəniyyət çərçivəsində tam hüquqlu sayılır və onlarda doğulan uşaqlar qanuni sayılır, vərəsəlik hüququna malikdirlər", - nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada