Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini
Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb.
News365.az xəbər verir ki, artıq bir neçə
gündür bu vəzifəni icra etmir.
Əldə etdiyimiz məlumata görə, o işində verdiyi nöqsanlara
görə çıxarılıb.
N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional
təhsil idarəsindən News24.az-a təsdiqləyiblər. Amma səbəbi barədə məlumat
verilməyib.
Qeyd edək ki, Nizaməddin babanlı Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin keçmiş rektoru Mustafa Babanlı və AMEA-nın müxbir üzvü Məhəmməd
Babanlının qardaşıdır.