7 il sonra konsert verdi, minlərlə insan gəldi

7 il sonra konsert verdi, minlərlə insan gəldi
11:20

Türk pop musiqisinin ən güclü adlarından biri olan Tarkan 7 il fasilədən sonra İstanbulda səhnəyə çıxıb.

Səkkiz konsertlik seriyanın açılış konserti böyük məkanda baş tutub. Təxminən yeddi ildən sonra ilk dəfə İstanbulda pərəstişkarları ilə görüşən sənətçi səhnəyə çıxdığı andan etibarən böyük coşğu ilə qarşılanıb.Bir çox məşhur adın da qatıldığı konsert gecəsindən paylaşılan anlar və Tarkanın səhnə şousu sosial mediada gündəm olub. Gecədə əsl izdiham yaşandığı görülüb.

Səhnə performansı, prodüserliyi və repertuarı ilə qonaqları heyran qoyan Tarkan konsertdə karyerasının müxtəlif dövrlərində sevilən mahnıları ifa edib.

Məşhur simalar Ezgi Mola, Burçin Terzioğlu, Sedef Avcı, Esra Erol, Merve Dizdar, Meriç Aral və Serkan Keskin gecədə iştirak edənlər arasında olublar.


Sizin reklam burada
Sizin reklam burada