52 yaşlı kişinin meyiti tövlədə tapıldı

52 yaşlı kişinin meyiti tövlədə tapıldı
22 Yan 2026 17:13

Lənkəranda kişi meyiti tapılıb.

News365.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada