Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun xanımı Corcina Rodrigez 82-ci Venesiya Film Festivalına qatılıb.
News365.az xəbər verir ki, o, qırmızı xalçadan keçərkən 5 milyonluq üzüyünü nümayiş etdirib. Bu da sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Xatırladaq ki, bir müddət öncə ulduz futbolçu sevgilisi Corcinaya evlilik təklifi etmişdi. Onun aldığı üzük isə dünya mediasında günlərlə müzakirə olunmuşdu.
Qeyd edək ki, Ronaldonun beş övladı var. Cütlük 2016-cı ildən münasibətdədir.
Həmin görüntüləri təqdim edirik: