Azərbaycanda nazir koronovirusa yoluxdu

Azərbaycanda nazir koronovirusa yoluxdu
13 May 2025 21:30

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronovirusa (COVID-19) yoluxub.


News365.az xəbər verir ki, bu barədə Teleqraf-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.


Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVID-19 testi verib.


Testi nəticəsi müsbət çıxıb, ona görə də nazir sərgidə iştirak edə bilməyib. Bu gün sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.


Xatırladaq ki, nazir dünən Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb


Sizin reklam burada
Sizin reklam burada