"3+3 formatında görüşlər ləngiyəcək, Rusiya proseslərdən kənarda qalır" - Rasim Musabəyov

"3+3 formatında görüşlər ləngiyəcək, Rusiya proseslərdən kənarda qalır" - Rasim Musabəyov
26 May 2025 09:30

"Hazırda tədbirlər çərçivəsində görüş keçirmək mümkündür. Mütləq deyil ki, bu görüşlər məhz Bakıda və ya Yerevanda baş tutsun. Əsas məsələ odur ki, bəzi toplantılarda artıq nə İranın, nə də Rusiyanın xarici işlər nazirləri dəvət olunmur. Onların həmin görüşlərdə iştirakı artıq arzuolunmaz kimi qəbul edilir."

Milli Məclisin deputatı Rasim Musabəyov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Belə bir vəziyyətdə, əgər zərurət yaranarsa, bu görüşləri 3+3 formatında keçirmək variantı da nəzərdən keçirilə bilər. Amma düşünmürəm ki, bu məsələ elə də təcili və prioritetdir. Çünki 3+3 formatında görüşlərin keçirilməsi, görünən odur ki, bir qədər yubadılacaq və tezliklə baş tutmayacaq. Bu, eyni zamanda Rusiyanın danışıqlardan kənarda qalması və ya uzaqlaşdırılması kimi də dəyərləndirilə bilər.

Rusiya tərəfi isə hər fürsətdə qeyd edir ki, regionda irəliləyişlərdə onların rolu danılmazdır və bu proseslərdə iştirak etməkdə maraqlıdırlar. "Əgər istəyirsinizsə, biz yenidən masa arxasına qayıtmağa hazırıq", – deyə bildirirlər.

Türkiyənin məsələyə baxış bucağı ondan ibarətdir ki, tərəflər – yəni Azərbaycan və Ermənistan – öz qərarlarını özləri qəbul etməlidirlər. Lakin mən müşahidə edirəm ki, nə Ermənistan, nə də Azərbaycan hazırda Rusiya tərəfindən irəli sürülən təkliflərə maraq göstərmir və bu təkliflərə xüsusi meyl nümayiş etdirmirlər."


Sizin reklam burada
Sizin reklam burada