30 gün telefondan uzaq dursaq nələr ola bilər?

30 gün telefondan uzaq dursaq nələr ola bilər?
16:22

Bir ay davam edən rəqəmsal detoks inanılmaz dəyişikliklərə səbəb oldu. Bir həkim davamlı diqqət və impuls nəzarətində bu irəliləyişi "indiyə qədər gördüyü ən yaxşı irəliləyiş" adlandırdı. Amerikalı kontent yaradıcısı Endryu Faynşteyn telefonunu 30 gün seyfdə kilidləyərək bir təcrübə apardı və beyin müayinəsinin nəticələri heyrətamiz oldu.

Smartfonunu bir ay seyfdə kilidləyən Faynşteyn təcrübədən sonra vəziyyətində kəskin dəyişikliklər qeydə alıb. Təcrübədən əvvəl və sonra beyin müayinəsindən keçən YouTuber beyin fəaliyyətində əhəmiyyətli dəyişikliklər müşahidə edib.

Kişi ilk müayinə zamanı məyusedici nəticələr alıb - onun konsentrasiya səviyyəsi ən aşağı səviyyələrdən biri olub. Skan həmçinin sinir fəaliyyətində bir balanssızlıq aşkar edib: mavi və sarı zonalar həddindən artıq aşağı və ya yüksək aktivliyi göstərir (yaşıl optimaldır). Bu anomaliyalar beynin sosial narahatlıq, yuxu və depressiyadan məsul olan bölgələrində müşahidə edilib - həddindən artıq smartfon istifadəsi ilə daha da pisləşə biləcək problemlər.

Təcrübənin sonunda həkim irəliləyişi "indiyə qədər gördüyü ən yaxşı" uğur adlandırdı. Hərtərəfli beyin analizinə daxil olan testlərin nəticələri, xüsusən də davamlı diqqət və impuls nəzarəti sahələrində əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Yeri gəlmişkən, Woman&Home redaktoru Ella Dove əvvəllər üç gün ərzində smartfonundan imtina edərək bir təcrübə keçirdi. Detoksun ikinci günündə Ella özünü daha enerjili hiss etdi və əri ilə daha çox vaxt keçirməyə başladı. Oflayn keçirilən vaxt stress hormonu kortizol səviyyəsinin azalmasına kömək etdi. Təcrübədən sonra qadın sakitləşdiyini, daha yaxşı yatdığını və yaxınları ilə daha çox bağlı olduğunu, yavaşlamağı və anın dadını çıxarmağı öyrəndiyini başa düşdü.                                

 News365.az 


Sizin reklam burada
Sizin reklam burada