28 yaşlı məşhur reper boulinq oynayarkən güllələndi - FOTO

28 yaşlı məşhur reper boulinq oynayarkən güllələndi - FOTO
02 Noy 2022 09:08

“Takeoff” təxəllüsü ilə tanınan reper Kerşnik Kari Ball aldığı güllə yarasından dünyasını dəyişib.

Cinayət o, Hyustonda (Texas, ABŞ) boulinq klubda olarkən baş verib. 28 yaşlı reper hadisə yerində ölüb.

“Takeoff” “Quavo” və “Offset”in də daxil olduğu “Migos” hip-hop triosunun ən gənc üzvü idi. Qrup 2013-cü ildə “Drake” tərəfindən remiks edilmiş “Versace” sinqlı buraxıldıqdan sonra məşhurlaşıb.

 

Mənbə: TMZ


Sizin reklam burada
Sizin reklam burada