Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb.
News365.az xəbər verir ki, Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, onun avtomobilini sürücüsü idarə edib.