Azərbaycan
Prezidenti cənab İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiq edib.
2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş
proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407 milyon manat
(+4,2 %) olacağı gözlənilir.
Mövzu ilə
bağlı News365.az-a danışan Millət vəkili Vüqar Bayramov deyib ki, gələn il büdcə
xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək:
“2021-ci illə
müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var. Vətən Müharibəsi
başa çatdıqdan sonra- 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa,
2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib,
2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə
müqayisədə gələn il sosial xərclər 4,7 milyard manat artıq proqnozlaşdırılır.
Bu o deməkdir ki, maas, pensiya, müavinət və təqaüdlərə əvvəlki illər ilə
müqayisədə daha çox vəsait nəzərdə tutulur.
Bu vəsaitərin
7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək
pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək
pensiyaları isə 569 manat olacaq. Əmək pensiyaların indeksləşdirilməsi 1 milyon
100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq.
Azərbaycanın
müdafiə qabilyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon
manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait
ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi
22 milyard manata çatacaq.
Bütövlükdə,
2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir”.
News365.az