Qəzanı araşdırmaq üçün bu ölkələrdən ekspertlər cəlb edildi

Qəzanı araşdırmaq üçün bu ölkələrdən ekspertlər cəlb edildi
28 Dek 2024 19:29

Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib.

News365.az xəbər verir ki, bu barədə “Tengri News”a təyyarə qəzasının səbəblərini araşdırmaq üzrə hökumət komissiyasına rəhbərlik edən respublika Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, təhqiqatda Azərbaycandan 6, Rusiyadan 2, Braziliyanın “Embraer” təyyarə istehsal edən şirkətindən 2, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3 mütəxəssis iştirak edir.

Bozumbayev əlavə edib ki, yaxında Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) ekspert də istintaqa qoşulacaq.


Youtube kanalımız