Azərbaycan
Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı gələn
aydan 400 manata çatdırılacaq. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş
alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında
artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə
çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama
uyğunlaşdırılacaq və artırılacaq.
Bəs, bu
artım özəl sektorda çalışanlara da şamil olunacaq?
Suala Millət
vəkili Vüqar Bayramov aydınlıq gətirib.
News365.az-a açıqlamasında bildirib ki, məbləğindən asılı olmayaraq bu
sektorlarda çalışanların maaşları artıralacaq:
“Sosial,
elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf
mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı
və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin
də əmək haqqları artacaq”.
Əmək haqqı
artımları neçə faiz olacaq?
Müsahibimiz
bildirib ki, bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın
əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir:
“Vahid Tarif
Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək
haqqlar 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə
üzrə əmək haqqı isə 1125 manatdır. Minimum əmək haqqının artırılması paraktik
olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının
minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
Müəllim və həkimlərin
maaşları artacaqmı?
Vüqar
Bayramov bu suala da aydınlıq gətirib:
“Hazırda Səhiyyə
Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək
haqqlarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca
keyfiyyət meyarlarına əsaslanan əmək haqqı sxemi var. Bununla belə, hər iki
sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq
nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə
maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən
təsdiq olunacaq”.
News365.az