Yəmənin Ənsar Allah hərəkatının husiləri öz səmasında ABŞ-nin MQ-9 pilotsuz təyyarəsini vurub.
News365.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.
“Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Əl-Beyda əyaləti üzərində səmada Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsini vurmağa nail olublar”, - o bildirib.
Onun sözlərinə görə, PUA yerli istehsal olan yer-hava raketi ilə vurulub.