Böyük Britaniyada sıx duman
səbəbindən aviasiya sahəsində xaos yaranıb.
Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys
təxirə salınıb və ya ləğv edilib. Sıx dumanın əsasən ölkənin cənub-şərq və
mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər
məhdudlaşdıracağı proqnozlaşdırılır.
Bu gün Hitrou hava limanında 20
reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında
isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar
vəziyyətlər qeydə alınıb.
Gatvik hava limanının sözçüsü
sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyərək deyib: “Zəif görüş
səbəbindən müvəqqəti hava trafik məhdudiyyətləri tətbiq edilib. Gün ərzində
bəzi reyslər gecikə bilər”.
Duman səbəbindən yaranan bu
məhdudiyyətlər bayram mövsümündə səyahət planlarına ciddi təsir edib. Təyyarə
ilə səyahət edənlərdən hava limanlarına yola düşməzdən əvvəl reyslərini
yoxlamaları tövsiyə olunur.