ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də AZAL təyyarəsinin qəzası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət edib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Amerikalı diplomat Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyub.