Azərbaycan Biznesinin İnkişafı Fondu zərərlə işləyən kredit təşkilatları ilə əməkdaşlıq etməyəcək

Azərbaycan Biznesinin İnkişafı Fondu zərərlə işləyən kredit təşkilatları ilə əməkdaşlıq etməyəcək
23 Dek 2024 17:20

Azərbaycan Biznesinin İnkişafı Fondunun müvəkkil təşkilatlara dair tələblər məlum olub.

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Fondun vəsaitindən istifadə qaydasında öz əksini tapıb.

Qaydaya əsasən, Fondun dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak üçün müvəkkil təşkilatlara dair aşağıdakı tələblər müəyyən edilir:

- müvəkkil təşkilatın 3 illik fəaliyyət təcrübəsinin olması;

- müvəkkil təşkilatın son 2 maliyyə ili ərzində mənfəətlə fəaliyyət göstərməsi;

- Müvəkkil təşkilatların seçilməsi meyarlarını Fondun Müşahidə Şurası təsdiq edir.

Maliyyə bazarlarına nəzarət orqanının məcmu kapitalın məbləği, məcmu kapitalın adekvatlıq əmsalı, leverec əmsalı və ani likvidlik əmsalı üzrə müəyyənləşdirdiyi normativlərin tələblərini pozan banklar, nizamnamə kapitalının məbləği üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan bank olmayan kredit təşkilatları (BOKT) və nizamnamə kapitalının məbləği, kapitalın adekvatlıq əmsalı, aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan kredit ittifaqları Fondun müvəkkili ola bilməzlər.


Youtube kanalımız