Azərbaycan Mərkəzi Bankı (AMB) 24 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
News365.az AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat təşkil edib.
Avronun məzənnəsi 0,43 % azalaraq 1,7676 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,71 % artaraq 1,6768 manat təşkil edib.