18 yaşlı britaniyalı muzdlu ilk döyüşündə öldürüldü - VİDEO

18 yaşlı britaniyalı muzdlu ilk döyüşündə öldürüldü - VİDEO
03 Fev 2025 10:59

Ukraynada maraqlı hadisə baş verib. "The Sun" nəşrinin yaydığı məlumata görə, 18 yaşlı Uilton Ceyms adlı britaniyalı muzdlu əsgər Ukraynada ilk missiyasının elə ilk dəqiqələrindəcə öldürülüb.

Ceyms hərbi təcrübəsi olmamasına baxmayaraq, 18 yaşı tamam olmamış Mançesterdən Ukraynanın cəbhə xəttinə uçub. Uilton Ukraynada əcnəbi könüllülərə qoşulmaq qərarına gəlməzdən əvvəl heyvanlara qulluq və mühafizə üzrə iki illik kursu bitiribmiş.

Gəncin ən yaxın dostu nəşrə açıqlamasında deyib ki, Uilton rus pilotsuz təyyarəsinin hücumuna məruz qalıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada