Azərbaycan
Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq
edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim
edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar
uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü
müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.
Bu barədə
danışan millət vəkili Vüqar Bayramov deyir ki, araşdırmanın nəticəsinə əsasən
təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak
üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında
müvafiq düzəlişlər ediləcək:
“Yəni, əgər
vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman
qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa o zaman 15 iş günü
ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı
tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o
ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə o zaman məlumatı dəqiqləşdirmək
üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin
doğruluğu təsdiq olunarsa həmin daşınmaz əmlak qeydiyyata alınacaq.
Bütövlükdə,
yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə
xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması
baxımdan da vacibdir”.
News365.az