"13-cü əməliyyatı etdirəcəm" - Mənzurə Musayeva

"13-cü əməliyyatı etdirəcəm" - Mənzurə Musayeva
26 İyn 2024 11:42

"12 dəfə əməliyyat olunmuşam, onun 8-i xəstəliklə bağlıdır".

News365.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Rəngarəng səhər" verilişində deyib.

İfaçı 13-cü əməliyyata hazırlaşdığını bildirib: 

"12 əməliyyatdan 3-ü burnumla bağlıdır. Birinin də nə olduğunu unutmuşam. İndi 13-cü əməliyyata hazırlaşıram. Gözəlləşəcəm. Estetik əməliyyat etdirəcəm. Onsuz da hamı etdirir, mən niyə etdirməyim ki!?".


Sizin reklam burada
Sizin reklam burada