Hindistan Hind çayının Pakistana axınını kəsdi

Hindistan Hind çayının Pakistana axınını kəsdi
00:00

Hindistan bəndlər və kanallar üzərində su axını tənzimləyən dörd şlüz qapısının hamısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb.


News365.az xəbər verir ki, bu, 1960-cı ildə ölkələr arasında siyasi gərginlikdən asılı olmayaraq su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind-Pakistan Su Müqaviləsi imzalanandan bəri ilk hadisədir.


Qeyd edək ki, Pakistan Hindistanın Hind çayından su axınını dəyişdirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada