Fermer öz ərazisində 150 ton qızıl tapdı

Fermer öz ərazisində 150 ton qızıl tapdı
24 Apr 2025 23:30

Fransanın Auvergne bölgəsində fermer Mişel Düpont öz ərazisində ərazidə 4 milyard avro dəyərində 150 tondan çox qızıl tapıb.


News365.az Fransa mediasına istinadən xəbər verir ki, Düpont əkin sahəsini qazarkən bir neçə qızıl parçası aşkar edib. Əraziyə gələn geoloqlar tərəfindən aparılan araşdırmalarda sözügedən ərazidə 150 tondan çox qızılın olduğu müəyyən edilib.


Qızıl yatağının təxminən 4 milyard avro dəyərində olduğu təxmin edilir.


Fransa ərazinin işlənməsinə və qızılın çıxarılmasına hələr razılıq verməyib.


Sizin reklam burada
Sizin reklam burada