Cüdoçumuz bürünc medal qazandı

Cüdoçumuz bürünc medal qazandı
24 Apr 2025 20:30

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


News365.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mükafat uğrunda görüşdə macarıstanlı Daniel Zeqedi ilə qarşılaşıb.


Rəqibinə qalib gələn R.Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Bununla da qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayı ikiyə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) Avropa üçüncüsü olub.


Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada