Ölkəmizdəki miqrantlar üçün VACİB XƏBƏR

Ölkəmizdəki miqrantlar üçün VACİB XƏBƏR
09:53

Ölkəmizə gələn bəzi miqrantlara yaşıl işıq yandırılıb. Belə ki, Azərbaycan Respublikası ərazisində iş icazəsinin alınması tələb olunmayan hallar üzrə qeydə alınmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyahısı genişləndirilib.

Bunun bağlı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov müvafiq qərar imzalayıb.

Qərara əsasən, yüksəkixtisaslı miqrantlar (mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərdikdə) da bu siyahıya əlavə edilib. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunub.

Yeni qərar hansı dəyişiklikləri vəd edir?

Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, miqrantlar bütün dövlətlərin həssaslıqla yanaşdığı bir məsələdir:

“Təsadüfi deyil ki, ölkəmizə də bir sıra ölkələrdən əmək miqrantları gəlir. Lakin gələnlərin arasından yüksəkixtisaslı miqrantların seçilib, saxlanılması üçün bu qayda çox vacibdir. Bu həm də gələn miqrantlara bir mesajdır ki, ölkəmizdə daha çox qalmaq istəyirlərsə, yüksək ixtisasa sahib olmalıdırlar. Bu qayda Gürcüstan və digər ölkələrdən olan və Azərbaycanda qalıb işləmək istəyənlərə də müəyyən imkanlar açacaq”.


Sizin reklam burada
Sizin reklam burada