Aparıcı Zümrüd Bədəlova “Onun sirri” verlişində qonaq olaraq şəxsi həyatından danışıb.
News365.az xəbər verir ki, o, ailə həyatını və boşanmasını açıqlayıb.
Bədəlova deyib ki, qurduğu ailə çox xoşbəxt və sağlam olub: “9 ilə yaxın ailəli oldum. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Çox güman ki, arada üçüncü şəxslər olur. Amma mənim həyatımda üçüncü yox, dördüncü, beşinci, altıncı şəxslərin sayı saysan bitməz.”
O əlavə edib ki, yaxınlarının, keçmiş həyat yoldaşının yaxınlarının və digər tərəflərin əməlləri, pis niyyətləri və müdaxilələri nəticəsində ailəsi dağılıb:
“Hamının istəyi və müdaxiləsi ilə ailəmi dağıtdılar.”
News365.az