Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı, məmur Zülfəli İsmayılovun söküntü zamanı çəkiliş edən vətəndaşı təhqir edərək onun çəkilişini dayandırmasını tələb etməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, paylaşılan video izləyicilər tərəfindən mənfi qarşılanıb və bir məmurun belə davranışının qəbuledilməz olduğu vurğulanıb.
Vətəndaşlar isə məmurların vətəndaşlarla ünsiyyətində hörmət və etik prinsiplərə riayət etməsinin vacibliyini qeyd edirlər.