Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli hazırda İstanbulda Arnavutköy Miqrasiya Məntəqəsində saxlanıldığını bildirib.
News365.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
Gültəkin Hacıbəyli qeyd edib ki, o, noyabrın 29-dan etibarən miqrasiya idarəsində saxlanılır.
Hacıbəyli qeyd edib ki, onun barəsində ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) G-82 maddəsi tətbiq edilib və saxlanılıb. Hazırda Azərbaycana təhvil verilməsi üçün hazırlıq işləri gedir.
Qeyd edək ki, Gültəkin Hacıbəyli ilə bağlı proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Bu iş çərçivəsində AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.