Zukerberqin yaxtası Alyaskada kömək çağırışına cavab verməyib.
News365.az xəbər verir ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberqə məxsus “Launchpad” yaxtası Alyaska sahillərində köməyə ehtiyacı olan kiçik qayığın çağırışına cavab verməyib.
Qayıqdakı sərnişinlər yaxtaya siqnal versələr də, kömək başqa gəmi tərəfindən göstərilib.
Daha sonra əraziyə gələn “Wilderness Legacy” kruiz gəmisi qayıqdakı şəxsləri xilas edib.