Zooparkda bəbirləri zəhərləyən Emil şizofrenik imiş - VİDEO

Zooparkda bəbirləri zəhərləyən Emil şizofrenik imiş - VİDEO
28 May 2025 12:20

Moskva Zooparkında bəbirləri zəhərləməyə cəhd etdiyinə görə saxlanılan şəxsin psixi sağlamlıq problemləri var və aidiyyəti qurumda qeydiyyatdadır. Bu barədə 112 Telegram kanalı məlumat yayıb.


İlkin məlumata görə, bəbirlərin olduğu mühafizə olunan əraziyə həb ataraq heyvanları zəhərləməyə cəhd edən Emil A. şizofreniya xəstəliyindən əziyyət çəkir. Bu amil isə onun əməlindən xəbərsiz ola biləcəyini göstərir. Həmin şəxs əvvəllər də qanunsuz silah və  qiymətli daş alverinə görə məhkum olunub. Hazırda  43 yaşlı şübhəlinin məcburi xəstəxanaya yerləşdirilməsi məsələsi həll edilir.


Tural


Sizin reklam burada
Sizin reklam burada