Zığ yolunda sürət həddi 20 km/saat endirilib

Zığ yolunda sürət həddi 20 km/saat endirilib
18 Fev 2025 17:17

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Sizin reklam burada
Sizin reklam burada