Zibillikdən milyonlarla pul tapdı - FOTOLAR

Zibillikdən milyonlarla pul tapdı - FOTOLAR
09 İyn 2025 12:35

Tailandda bir qadın təsadüfən zibillikdə milyonlarla pul tapıb. Bu barədə “The Thaiger” nəşri məlumat yayıb.


KİV-in məlumatına görə, iyunun 5-də baş verən bu gözlənilməz hadisə  Nonthaburi əyalətinin sakinin başına gəlib. Qadının sözlərinə görə, o, axşam saat 8 radələrində işdən evə qayıdarkən zibil qalaqları olan ərazidə boz rəngli plastik konteyner görüb. O, konteyneri yoxlamaq üçün zibilliyə yaxınlaşıb və əşyanın ev təsərrüfatında faydalı olacağını düşünüb. Qadın konteynerin içindəkiləri boşaltmaq üçün onun ağzını açıb. Bu zaman konteynerin içərisindəki kişi idman geyiminin altında gizlədilmiş çoxlu sayda 1000 baht əskinasdan ibarət bağlamalar aşkar edib. 

"O, pulları saymağa qorxub və dərhal polisə müraciət edib. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları konteynerdə 12 milyon baht olduğunu müəyyən ediblər",- nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada