South China Morning Post maraqlı məqalə dərc edib. Nəşr yazıb ki, Çindən olan bir həkim xəstəxanada işlədiyi halda zibil poliqonundan metal qırıntıları toplayır. O, həkimliklə müqayisədə metal yığmaqla daha çox pul qazandığını deyib.
"Çendudakı xəstəxananın reabilitasiya şöbəsində çalışan 26 yaşlı Xionq adlı terapevt ikinci işi sayəsində sosial mediada məşhurlaşıb. Çinli qadın əsas işindən sonra asudə vaxtlarında metal qırıntılarının toplanması məntəqəsində valideynlərinə kömək edir və bunun üçün həkim vəzifəsindən daha çox qazanır", - nəşr yazıb.
Qadının klinikada iş günü səhər səkkizdə başlayır və axşam saat beşin yarısında bitir. Bundan sonra o, dərhal yerli tullantıların emalı mərkəzinə gedir və orada metal qırıntılarını çeşidləyib yükləyir. Xionq qeyd edib ki, fiziki cəhətdən ağır iş ona təsir edib və qol əzələləri yığmağa da kömək edib.
Xionq həmçinin qeyd edib ki, zibil poliqonunda "part-time" işləmək ona gəlirini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Çünki o, ayda təxminən 2800 dollar qazana bilir ki, bu da xəstəxanadakı maaşından beş dəfə çoxdur. Buna baxmayaraq, qadın həkimlik karyerasından əl çəkməyi planlaşdırmır.
Tural