Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində 75 ispan itkin düşüb.
News365.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazir Xose Manuel Albaresin sözlərinə istinadla bildirilib.
"Hazırda nazirliyə İspaniya vətəndaşları arasında zəlzələ nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə heç nə məlum deyil, hələlik əlaqə qurulması mümkün olmayan ispan icması sakinlərinin sayı isə 75 nəfərdir", - məlumatda qeyd olunub.
Onun sözlərinə görə, İspaniyanın Beynəlxalq İnkişaf Agentliyi (AECID) Kolumbiyaya kömək göstərilməsi üçün 1 milyon avro məbləğində ilkin yardım paketi təqdim edir.
Qeyd edək ki, Kolumbiyadakı zəlzələ səbəbindən azı 254 nəfər ölüb.