Zəlimxan Yaqubun arxiv görüntüləri sosial mediada maraqla qarşılandı
News365.az xəbər verir ki, sosial şəbəkələrdə mərhum Xalq şairi Zəlimxan Yaqubun köhnə arxiv görüntüləri yayılıb. Kadrlarda onun səmimi şəkildə rəqs etdiyi anlar yer alır. Şairin xoşbəxt və gülərüz görüntüləri izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sosial media istifadəçiləri şərhlərində Zəlimxan Yaqubun həyatsevərliyini, pozitiv enerjisini və insanlara ötürdüyü ruh yüksəkliyini xüsusi vurğulayıblar. Bəzi istifadəçilər “Həmişə bu cür yadda qalacaq”, “Ruhu şad olsun”, “Azərbaycan ədəbiyyatının gülümsəyən siması” kimi ifadələrlə öz duyğularını bölüşüblər.
Xatırladaq ki, Zəlimxan Yaqub Azərbaycan poeziyasının sevilən simalarından biri olub və yaradıcılığı ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb.